Prezident üç nəfəri “Şöhrət” ordeni ilə təltif etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident üç nəfəri “Şöhrət” ordeni ilə təltif etdi

Sosial

31 Yanvar 2020 14:19 1102


Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

"Yeni Sabah" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Fuad Yusif oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilib. Dominos pizza

Daha bir sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə Maqomed Səidoviç Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!