Prezident İlham Əliyev Gürcüstanın baş nazirinə zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident İlham Əliyev Gürcüstanın baş nazirinə zəng etdi

Siyasət

25 Sentyabr 2025 23:34 375


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib.

Oxu.Az xəbər verir ki, bu barədə President Prezident.az məlumat yayıb.

Dövlətimizin başçısı Baş nazir İrakli Kobaxidzeni ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb. pizza sifarişi

İrakli Kobaxidze göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Telefon söhbəti əsnasında Azərbaycan Prezidenti və Gürcüstanın baş naziri ölkələrimiz arasında münasibətlərin dostluq və strateji tərəfdaşlıq xarakter daşıdığını qeyd edib, əməkdaşlığın müxtəlif sahələrdə inkişafına dair fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!