Prezident İlham Əliyev Keniya Prezidenti ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Prezident İlham Əliyev Keniya Prezidenti ilə görüşdü

Siyasət

24 Sentyabr 2025 00:59 299


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Keniya Respublikasının Prezidenti Uilyam Samoei Ruto ilə görüşü olub.

Yenisabah.az xəbər verir ki, söhbət zamanı dövlət başçıları Azərbaycanla Keniya arasında münasibətlərin inkişafından məmnunluqlarını ifadə etdilər. Azərbaycanın Keniyada səfirliyinin açılmasının əlaqələrimizin inkişafına təkan verdiyi qeyd olundu. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulandı, əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün hökumət rəsmilərindən ibarət nümayəndə heyətlərinin səfərlərinin təşkili məsələsinə toxunuldu. Bu xüsusda enerji, kənd təsərrüfatı, sənaye və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulandı.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!