Prezident İlham Əliyev Moldova Prezidentini təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident İlham Əliyev Moldova Prezidentini təbrik etdi

Siyasət

26 Avqust 2020 19:15 1012


Prezident İlham Əliyev Moldova Prezidenti İqor Dodona təbrik məktubu göndərib.

Yenisabah.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bizim ölkələrimizi sıx dostluq və əməkdaşlıq telləri bağlayır. Əminəm ki, Azərbaycan ilə Moldova arasında bu xeyirxah ənənələrə əsaslanan münasibətlər xalqlarımızın və ölkələrimizin rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək. Dominos pizza

Fürsətdən istifadə edərək bildirirəm ki, koronavirus pandemiyasının nəticələrinin aradan qaldırılmasında Azərbaycan xalqı Moldova xalqı ilə həmrəydir.

Sizə möhkəm cansağlığı və uğurlar, dost Moldova xalqına isə tərəqqi və firavanlıq arzu edirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!