Prezident İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul etdi

Siyasət

19 Fevral 2025 21:25 147


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharanini qəbul edib.

Yenisabah.az xəbər verir ki, söhbət zamanı Bakıda keçirilən Asiya Parlament Assambleyasının "Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu" mövzusuna həsr edilmiş 15-ci plenar sessiyasının önəminə toxunuldu, bu tədbirin parlamentlərarası əməkdaşlığın gücləndirilməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olundu.

Görüşdə Azərbaycanla İndoneziya arasında əlaqələrin perspektivləri, həmçinin parlamentlərimiz arasında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıldı. Sezar pizza

Qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!