Prezident maaş və pensiya artımından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Prezident maaş və pensiya artımından danışdı

Siyasət

07 Yanvar 2025 21:27 2564


Prezident İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsində Azərbaycanda sosial sahədə atılan addımlardan danışıb.

Yenisabah.az xəbər verir ki, bu il yanvarın birindən minimum əməkhaqqının və pensiyanın artdığını vurğulayan dövlətimizin başçısı deyib:

“Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Cəmiyyətdə də, siyasətdə də, ailədə də hər şey ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub”. Dominos pizza

Son bir neçə il ərzində dörd sosial paketin həyata keçirildiyini vurğulayan Prezident, həmçinin qeyd edib:

“İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    ƏFSUSLAR OLSUN Kİ AZƏRBAYCAN ƏHALİSİ İLDƏN İLƏ PİS YAŞAYIR. NÜFUZU OLMAYAN " deputatlar" isə XALQDAN QAT- QAT YAXŞI YAŞAYIRLAR. NİYƏ? DEMƏK SOSİAL ƏDALƏT POZULUR. YAĞIN, ƏTİN QİYMƏTİ ƏHALİ ÜÇÜN ƏL ÇATAN DEYİL. NİYƏ ?
    1 year ago
  • RAHİM
    YAXŞI OLARDI Kİ " ŞƏRƏF" VƏ " ŞÖHRƏT" ORDENLƏRİ XALQ ARASINDA NÜFUZU OLAN ŞƏXSLƏRƏ VERİLSİN.
    1 year ago