Prezident MDB Dövlət Başçıları Şurasının iclasında Laçının inkişafından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Prezident MDB Dövlət Başçıları Şurasının iclasında Laçının inkişafından danışdı

Siyasət

10 Oktyabr 2025 11:54 278


Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunub və Laçının inkişafından danışıb.

“Yeni Sabah” xəbər verir ki, dövlətimizin başçısı qeyd edib: “Bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmaq istərdim. Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiyinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm”.

Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı ili”nin açılış mərasiminin keçirildiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, tədbir gedişində Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verilib. Dövlətimizin başçısı əlavə edib: “Tədbirin qonaqları Ermənistanın 30 illik işğalından azad ediləndən sonra Laçının sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular”. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!