Nazir ona yüksək VƏZİFƏ VERDİ

saytların hazırlanması

Evə çatdırılma

Nazir ona yüksək VƏZİFƏ VERDİ

Siyasət

10 Mart 2026 14:51 1157


Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsi Ülviyyə Axundovaya həvalə olunub. 

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı nazir Fərid Qayıbov müvafiq əmr imzalayıb.

Ülviyyə Axundova 2023-cü ilin oktyabr ayından etibarən bu təyinatadək Nazirliyin Gənclərlə iş şöbəsinin müdir müavini vəzifəsində çalışıb. Dördpendirli pizza

O, 2014–2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında bakalavr təhsili alıb. Hazırda isə magistratura təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində davam etdirir.

Ülviyyə Axundova 2023-cü ildə Prezidentin müvafiq sərəncamı ilə “Gənclər siyasəti və gənclərlə iş” sahəsində fəaliyyətinə görə Gənclər üçün Prezident Mükafatına layiq görülüb.

O, gənclərin inkişafı, milli-mənəvi dəyərlərin təbliği, gənclərin ictimai iştirakçılığı və beynəlxalq əməkdaşlıq sahələrində bir sıra milli və beynəlxalq təşəbbüslərin təşkilində fəal iştirak edib.

2015–2023-cü illərdə isə müxtəlif gənclər və vətəndaş cəmiyyəti təşkilatlarında aktiv ictimai fəaliyyət göstərərək bir sıra layihə və proqramlara rəhbərlik edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!