Prezident Ofisi: “Rusiya ordusunun qüvvələri tükənir“

saytların hazırlanması

Evə çatdırılma

Prezident Ofisi: “Rusiya ordusunun qüvvələri tükənir“

Maraqlı

17 Mart 2022 17:31 605


"Rusiya qoşunlarının Ukraynadakı hücum istiqamətlərinin sayı azalıb". 

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç deyib.

“ Rusiya qoşunlarının Kiyev, Sumı, Çerniqov və Xarkova qarşı hücum əməliyyatları uğursuz olacaq. Doğrudur, qarşı tərəf geri çəkilmir. Amma indi cəmi 3 hücum istiqaməti var. Əvvəllər isə bu rəqəm 6 idi. Görünür, Rusiya ordusunun qüvvələri tükənir. 15 minə yaxın şəxsi heyət tamamilə məhv edilib. Hazırda Kiyevə hücum yoxdur. Çünki ruslar bu imkandan məhrumdurlar. Bizim xüsusi təyinatlılarımız da, partizanlarımız da, yerli sakinlərimiz də mübarizə aparırlar”, - o deyib. Marqarita pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!