Prezident İlham Əliyev Maqomedali Maqomedoviç Maqomedovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Yenisabah.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin, Azərbaycan və Dağıstan xalqları arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Maqomedali Maqomedoviç Maqomedov “Dostluq” ordeni ilə təltif edilib.
Telegram kanalımız