Prezident Paşinyanın adamını nazir təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident Paşinyanın adamını nazir təyin etdi

Rəsmi

12 Aprel 2022 10:12 1040


“Ermənistan prezidentinin sərəncamı ilə Armen Pambuxçyan Ermənistanın fövqəladə hallar naziri təyin edilib”.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan prezidentinin sərəncamında qeyd olunub:

“Baş nazirin təklifi əsasında Konstitusiyanın 131-ci maddəsinə, habelə “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanunun 5-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq, Armen Pampbuxçyan Ermənistan Respublikasının fövqəladə hallar naziri təyin edilsin”. pizza sifarişi

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə Armen Pambuxçyan bundan əvvəl fövqəladə hallar nazirinin birinci müavini vəzifəsindən azad edilmişdi.

Xatırladaq ki, aprelin 1-də Ermənistan prezidenti Vaan Xaçaturyan Andranik Piloyanın fövqəladə hallar naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. Piloyan 2020-ci ilin noyabr ayından fövqəladə hallar naziri postunda fəaliyyət göstərirdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!