Prezident Polad Bülbüloğlunun yerinə onu təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident Polad Bülbüloğlunun yerinə onu təyin etdi

Siyasət

01 Oktyabr 2024 14:46 1279


Prezident İlham Əliyev Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfirinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezidentin digər sərəncamı ilə Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. pizza

Qeyd edək ki, uzun müddət Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sonuncu parlament seçkilərində deputat seçilib və vəzifəsindən geri çağırıldı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!