“Prezident Putindən çox məyusam” - Tramp

saytların hazırlanması

Evə çatdırılma

“Prezident Putindən çox məyusam” - Tramp

Siyasət

02 Sentyabr 2025 22:58 366


ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putindən çox məyus olduğunu bildirib.

Yenisabah.az xəbər verir ki, ABŞ lideri bu barədə radioaparıcı Skott Cenninqsə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Vaşinqton insanların həyatını xilas etmək üçün müəyyən addımlar atacaq. pizza hut

"Bu, mənasız müharibədir. Əgər mən prezident olsaydım, bu müharibə heç vaxt başlamazdı. Bu məni daha da çox narahat edir, çünki seçkilər tamamilə saxtalaşdırılmışdı. Bu, biabırçılıqdır. Görək nə olacaq. Amma indi mən prezident Putindən çox məyusam, bunu deyə bilərəm və biz insanların yaşaması üçün nələrsə edəcəyik. Bilirsiniz, bu, Ukrayna məsələsi deyil. Söhbət insanlara həyat bəxş etməkdən gedir", – deyə ABŞ lideri vurğulayıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!