“Bahalaşma fonunda elektrik enerjisinə qənaət etmək üçün prezident iqamətgahında soyuducunu və əksər işıqları söndürmüşəm”.
Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri Serbiya prezidenti Aleksandr Vuçiç jurnalistlərlə söhbətində deyib.
“Mən sizə döşəməmdəki bütün süni işıqlandırmanı necə söndürdüyümü göstərməyə hazıram. Hətta mən “Cola Zero”larımı saxladığım kiçik soyuducumu da söndürmüşəm. Çünki qlobal istiləşmə hər yerdədir və buna görə də yer kürəsini xilas etmək üçün əlimdən gələni edirəm. Bilirsiniz, qiymətlər anormaldır, qeyri-mümkündür və bunları başa düşə bilmirəm”, - deyə dövlət başçısı jurnalistlərə bildirib. Marqarita pizza
“Bizi hələ bir qədər sərt payız və daha sərt qış gözləyir. Ümid edirəm ki, biz hər şeyin öhdəsindən gələ və tezliklə vətəndaşlara planımızı təqdim edə biləcəyik”, - Serbiya lideri əlavə edib.
Ответи
Telegram kanalımız