Prezident Sahib Ələkbərovu yeni vəzifəyə təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident Sahib Ələkbərovu yeni vəzifəyə təyin etdi

Siyasət

02 Aprel 2020 10:54 3209


Prezident İlham Əliyev İqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. 

Yenisabah.az Report-a istinadən xəbər verir ki, sərəncamla bu vəzifə Sahib Nurəddin oğlu Ələkbərova həvalə edilib. 

Sahib Ələkbərov indiyə qədər Vergilər nazirinin müavini olub.  Sezar pizza

O, 2005-2009-cu illərdə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, 2009-2010-cu illərdə Dövlət Statistika Komitəsi sədrinin müavini, 2 iyul 2010-cu il tarixindən isə Vergilər nazirinin müavini vəzifələrində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!