Prezident Şamil Rzayevi yüksək vəzifəyə təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident Şamil Rzayevi yüksək vəzifəyə təyin etdi

Siyasət

18 Oktyabr 2025 15:40 1498


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində yeni təyinat olub.

Yenisabah.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Şamil Etibar oğlu Rzayev agentliyin İdarə Heyətinin birinci müavini təyin olunub.

Xatırladaq ki, 51 yaşlı Ş.Rzayev 1991-1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Yanacaq-Energetika Kompleksində İqtisadiyyat və İdarəetmə fakultəsinin bakalavr və magistr pillələrində təhsil alıb. Sezar pizza

O, 2000-2001-ci illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində (ANAMA) Planlaşdırma və Müqavilələr üzrə mütəxəssis, 2001-ci ildən 2025-ci ilədək Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında İnkişaf üzrə Baş müşavir vəzifəsində çalışıb.

2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!