Prezident sərhəddəki təxribatdan danışdı 

saytların hazırlanması

Evə çatdırılma

Prezident sərhəddəki təxribatdan danışdı 

Maraqlı

12 Aprel 2023 13:07 782


Prezident İlham Əliyev Ermənistan ordusunun dünən sərhəddə törətdiyi təxribata münasibət bildirib. 

Yenisabah.az xəbər verir ki, bu barədə dövlət başçısı Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edərkən danışıb. 

Prezident vurğulayıb ki, ötən gün sərhəddə baş vermiş insident Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilib.  Pepperoni pizza

Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Cavab tədbirləri nəticəsində Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Təxribatın qarşısını alarkən 3 hərbçimiz şəhid olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!