Prezident Şuşada daha bir açılış etdi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Prezident Şuşada daha bir açılış etdi - Fotolar

Maraqlı

09 May 2023 14:54 767


Mayın 9-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışında iştirak edib. 

Yenisabah.az xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına küçələrdə görüləcək işlər barədə məlumat verib. 

Bildirildi ki, Molla Pənah Vaqif küçəsinin uzunluğu 2473 metr, eni isə yol yatağına uyğun olaraq 10-15 metr aralığında dəyişir.   Dominos pizza

Pənahəli xan küçəsinin uzunluğu 864 metr, eni isə yol yatağında uyğun olaraq 10-13 metr təşkil edəcək. 

Qeyd edilib ki, küçələr müasir səviyyədə yenidən qurulacaq, bütün zəruri infrastruktur yaradılacaq. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!