Prezident Şuşada inzibati binanın əsaslı təmiri ilə tanış oldu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Prezident Şuşada inzibati binanın əsaslı təmiri ilə tanış oldu - Fotolar

Rəsmi

21 Aprel 2022 21:50 556


Prezident İlham Əliyev Şuşa şəhərinə səfər edib.

Yenisabah.az xəbər verir ki, aparılan kompleks işlər çərçivəsində Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işləri sürətlə davam etdirilir.

Dövlət başçısı əvvəlcə Şuşa şəhərində tullantıların idarə olunması poliqonunda gedən işlərlə tanış oldu. Pepperoni pizza

Bildirildi ki, burada məişət tullantıları Avropa standartlarına uyğun xüsusi yeraltı konteynerlərdə yerləşdiriləcək. Poliqonda 4 çeşid üzrə 600 ədəd SMART yeraltı konteyner və 11 ədəd xüsusi texnika nəzərdə tutulub. Ərazidə söküntü materiallarının çeşidlənməsi də aparılacaq. Şəhərin su təchizatı sisteminin dayanıqlığının təmini də iki mərhələdə paralel layihələrlə həyata keçiriləcək.

Sonra Prezident İlham Əliyev Şuşa şəhərində inzibati binanın əsaslı təmiri və konfrans zalının tikintisi ilə tanış oldu.

Məlumat verildi ki, hazırda binada işlər tamamlanmaq üzrədir. Şəhərin arxitekturasına uyğun tikilən binada hər cür şərait yaradılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!