Prezident Tarif Şurasına əlavə səlahiyyətlər verdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident Tarif Şurasına əlavə səlahiyyətlər verdi

Maraqlı

03 Fevral 2023 13:41 974


Tarif Şurasının səlahiyyətləri artırılıb. 

Yenisabah.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. 

Fərmana əsasən, Tarif Şurası tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulmasına (fiziki və ya texnoloji) görə məbləği müəyyən edəcək.  Sezar pizza

Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Tarif Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər. 

Tarif Şurası ödənişin məbləğini Nazirlər Kabinetinin müəyyən etdiyi metodologiya əsasında müəyyən edəcək. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!