Prezident: Təyyarə qəzası ilə bağlı günahkarların cəzalandırılmasını tələb edirik

saytların hazırlanması

Evə çatdırılma

Prezident: Təyyarə qəzası ilə bağlı günahkarların cəzalandırılmasını tələb edirik

Siyasət

06 Yanvar 2025 14:14 335


Əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada (Aktaudakı təyyarə qəzasında – red.) həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik.

Yenisabah.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşündə bildirib.

Hazırda “qara qutu”ların şifrəsinin açılması prosesinin getdiyini söyləyən dövlət başçısı qeyd edib: “Əminəm ki, yaxın vaxtlarda biz ilkin nəticələri öyrənəcəyik və hər şey öz yerini tutacaq. Baş verən faciənin bütün mənzərəsi də məlum olacaq. Təbii ki, bu, faciənin tam araşdırılması və onun günahkarlarının cəzalandırılması işində mühüm məqam olacaq”. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!