Prezident və xanımı Gəncədə açılışlarda iştirak etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident və xanımı Gəncədə açılışlarda iştirak etdi

Siyasət

24 İyun 2020 17:15 703


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksinin bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər.

Yenisabah.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kompleksdə yaradılan şərait barədə məlumat verilib.

*** Toyuqlu pizza

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncədə “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışında iştirak ediblər.

Dövlətimizin başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat verilib.

Prezident İlham Əliyev zavodu işə salıb.

***

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhəri ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olublar.

Dövlət başçısına və birinci xanıma tikinti işlərinin gedişi barədə məlumat verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!