Prezident İlham Əliyev “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklikləri təsdiq edib.
“Yeni Sabah” xəbər verir ki, qanuna aşağıdakı dəyişikliklər olunub:
1. 11-ci maddənin III hissəsinin altıncı abzasına “dövriliyini” sözündən sonra “(ildə bir dəfədən az olmayaraq)” sözləri əlavə edilsin. pizza
2. 13-cü maddənin VIII hissəsi aşağıdakı redaksiyada verilsin:
“VIII. İxtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçə bilməyən şəxs həmin müsahibədən sonra bir il ərzində keçirilən ixtisas imtahanlarında iştirak edə bilməz.”.
3. 24-cü maddənin I hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Vəkillik fəaliyyətinin bu Qanunla müəyyən edilmiş hallarda dayandırıldığı dövrdə üzvlük haqqı ödənilmir.”.
Telegram kanalımız