Prezident vətəndaşlara səsləndi:   “Yalvarıram, gəlin vaksin vurdurun”

saytların hazırlanması

Evə çatdırılma

Prezident vətəndaşlara səsləndi: “Yalvarıram, gəlin vaksin vurdurun”

Dünya

05 Aprel 2021 17:00 1015


Dünyanın əksəri ölkələr koronavirus epidemiyası səbəbiylə vətəndaşları üçün peyvənd almağa çalışarkən Serbiya rəsmiləri vətəndaşlarının aldığı peyvəndə əhəmiyyət verməməsindən şikayətlənirlər.

Yenisabah.az xəbər verir ki, təxminən 7 milyon əhalisi olan Serbiya 15 milyon doza peyvənd satın alıb. Ölkəyə gələn turistlər də vaksinasiya olunduğu üçün son günlər Serbiyaya səfər edənlərin sayı artıb. Serbiya turistləri və mühacirləri peyvənd edən bəlkə də yeganə ölkədir. Lakin ölkənin öz vətəndaşları peyvəndləmə prosesinə biganə yanaşırlar. Məhz bu səbəbə görə prezident Aleksandar Vucic peyvənd vurdurmaları üçün ölkə vətəndaşlarına yalvarıb:

“Peyvənd olunmanızı xahiş edirəm, peyvəndimiz var və daha çox olacaq. Yalvarıram, gəlin vaksin vurdurun”. pizza mizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!