Prezidentdən 7,6 milyon manatlıq sərəncam

saytların hazırlanması

Evə çatdırılma

Prezidentdən 7,6 milyon manatlıq sərəncam

Sosial

25 İyul 2019 13:41 1167


Prezident İlham Əliyev iyulun 25-də “Ağcabədi rayonunun Boyat–Biləyən–Hacılar–Qaraxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, Sərəncama əsasən, beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Boyat–Biləyən–Hacılar–Qaraxanlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!