İlham Əliyevdən daha bir sərəncam: 790 min manat vəsait ayrıldı

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevdən daha bir sərəncam: 790 min manat vəsait ayrıldı

Sosial

17 Oktyabr 2019 14:58 946


Prezident İlham Əliyev "Yuxarı Şirvan kanalının Türyan çayı ilə kəsişməsindəki dükerin mühafizəsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, sərəncamla “Yuxarı Şirvan kanalının Türyan çayı ilə kəsişməsindəki dükerin yumaya qarşı mühafizəsi üçün barraj-fiksatorun təmir-bərpası”nın başa çatdırılması üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə (ASC) 790 min manat vəsait ayrılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!