Prezidentdən Gədəbəylə bağlı SƏRƏNCAM

saytların hazırlanması

Evə çatdırılma

Prezidentdən Gədəbəylə bağlı SƏRƏNCAM

Sosial

18 Fevral 2020 17:45 596


Prezident İlham Əliyev Gədəbəy rayonunun ərazisində Dəyirmançay və Qaraçay çayları üzərində yeni körpülərin tikintisinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. "Yeni Sabah" xəbər verir ki, sərəncamla Gədəbəy rayonunun ərazisində Dəyirmançay və Qaraçay çayları üzərində yeni körpülərin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,7 milyon (iki milyon yeddi yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!