Prezidentdən KİV-lə bağlı qərar - Əməl etməyənləri 1000 manatadək cərimə gözləyir

saytların hazırlanması

Evə çatdırılma

Prezidentdən KİV-lə bağlı qərar - Əməl etməyənləri 1000 manatadək cərimə gözləyir

Siyasət

23 İyun 2020 18:54 1366


Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiq edilən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!