Prezidentdən məhkəmələr ilə bağlı vacib   SƏRƏNCAM

saytların hazırlanması

Evə çatdırılma

Prezidentdən məhkəmələr ilə bağlı vacib SƏRƏNCAM

Sosial

18 Dekabr 2019 16:44 2674


Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1708-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, bu sərəncamla Məhkəmə-Hüquq Şurasına tövsiyə edilib ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq, maddi və prosessual normaların tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması qaydasını Azərbaycan Respublikası Ali Məhkəməsinin təklifləri əsasında iki ay müddətində müəyyən etsin.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. pizza sifarişi

Qanun 2020-ci il martın 1-dən tətbiq ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!