Prezidentdən MÜHÜM sərəncam: Onkoloji xəstələr üçün...

saytların hazırlanması

Evə çatdırılma

Prezidentdən MÜHÜM sərəncam: Onkoloji xəstələr üçün...

Sosial

11 İyul 2025 11:51 2915


Prezident İlham Əliyev Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinə 650,0 (altı yüz əlli) min manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir. pizza hut

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!