Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dekabrın 26-da Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olub.
"Yeni Sabah" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib:
"Avtomobillər Rusiya Federasiyasının ərazisinə 4 cərgə ilə daxil olacaq. Bu ərazilər boş, çöl torpaqlar idi. Sizin göstərişinizə əsasən və köməyiniz nəticəsində pay torpaqlarının təzminatı ödənilərək alınıb, yol çəkilişi üçün dövlət torpağından da ayrılıb. Yəni, yol altına düşən bütün torpaq sahələrinin ödənişi tam həll olunub. Bu gün yolun çəkilişi bütün lotlar üzrə davam etdirilir. Artıq 2020-ci ilin may ayının əvvəllərində bu yolun 100 kilometr hissəsinin tam ödənişli şəkildə istismara verilməsi nəzərdə tutulur. Cənab Prezident, bu stenddəki isə Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində yerüstü piyada keçididir, tikilib tam hazırdır. Yolun bu hissəsindən həmişə piyadalar keçirdi, sıxlıq yaranırdı. Bu, 130 metrlik dayaqsız yeni yol keçididir". Marqarita pizza
Prezident İlham Əliyev Saleh Məmmədova bəzi yollarda daralma olduğunu bildirərək tapşırıqlarını verib:
"İndi gərək yol boyu bütün texniki parametrlər gözlənilsin, yolları ikiyə ayıran yerlər də müasir səviyyədə olmalıdır. Çünki mən sizə irad tutmuşam, bəzi yollarda daralma var, böyümə var. Ona görə onlar yolda təhlükə yarada bilər. Burada ayırıcı bir xətt olmalıdır".
Telegram kanalımız