Latın Amerikası ölkəsi olan Hondurasın ilk qadın prezidenti Çiomara Kastro ölkədə qadağan olunmuş doğuşa nəzarət həblərini qanuniləşdirib.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkə başçısının 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı verdiyi fərmanda qeyd olunub.
“Bu gün 8 Mart qadınların tarixi mübarizəsini xatırlayır. Mən doğuma nəzarət həblərinin geniş tətbiqi haqqında fərmanı imzalayıram. Ümumdünya Səhiyyə Təşkilatı müəyyən edib ki, bu, qadınların reproduktiv hüquqlarının bir hissəsidir və bunu abort saymaq olmaz”, - Kastro bildirib. Sezar pizza
Qeyd edək ki, əsasən, katoliklərin məskunlaşdığı Hondurasda 2009-cu ildə o zamankı prezident Çiomara Kastronun həyat yoldaşı Manuel Zelayanın devrilməsi ilə nəticələnən hakimiyyət çevrilişindən sonra yeni iqtidar doğuma nəzarət həblərinin istifadəsini qadağan etdi.
Telegram kanalımız