Prezidentə məruzə edən general Sultanov kimdir? - DOSYE 

saytların hazırlanması

Evə çatdırılma

Prezidentə məruzə edən general Sultanov kimdir? - DOSYE 

Maraqlı

24 May 2024 16:18 3791


Qazax rayonunun nəzarətə götürülən Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin ərazilərində Azərbaycan bayrağı ucaldılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) həbçiləri Qazaxın kəndlərindən Prezident İlham Əliyevə məruzə edib. 

Yenisabah.az-ın məlumatına görə, Prezidentə məruzə edən hərbçimiz DSX Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi general-mayor Vüsal Sultanovdur. 

Vüsal Sultanov Şabran rayonunda anadan olub. Vətən müharibəsinin iştirakçısı olan hərbçimiz 9 dekabr 2020-ci ildə göstərdiyi şücaətə görə "Vətən Müharibəsi Qəhrəmanı" medal, 24 dekabr 2020-ci ildə isə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. pizza sifarişi

O, müharibə zamanı Əmirvarlı döyüşlərinə rəhbərlik edib. Vətən müharibəsi dövründə polkovnik rütbəsi daşıyan Sultanov 2021-ci ilin iyulun 17-də Çevik Hərəkət Qüvvələri Komandanının birinci müavini - qərargah rəisi təyin edilib. Ona 2022-ci ilin avqust ayında "general-mayor" ali hərbi rütbəsi verilib.

2023-cü ilin iyun ayında isə DSX-də Baş Qərargahın Dövlət Sərhədinin Mühafizəsi Baş İdarəsinin rəisi vəzifəsinə gətirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!