Prezidenti oğurlamağı planlaşdıran amerikalı hərbçilərə ağır cəza

saytların hazırlanması

Evə çatdırılma

Prezidenti oğurlamağı planlaşdıran amerikalı hərbçilərə ağır cəza

Dünya

08 Avqust 2020 19:45 1135


Venesuela hakimiyyətini devirmək cəhdə görə 2 amerikalı hərbçi 20 il müddətinə azadlıqdan məhrum edilib.

Yenisabah.az xəbər verir ki, onlar Venesuela ərazisinə daxil olarkən yaxalanıblar. Amerikalı hərbçilərin üzərindəki hərbi sənədlər də ələ keçirilib.

Venesuelanın baş prokuroru 34 yaşlı Luka Denman və 41 yaşlı Airan Berrinin ABŞ-da özəl hərbi firmasının işçiləri olduğunu açıqlayıb. pizza sifarişi

Saxlanılan şəxslər sui-qəsd, silah alveri və terrorizm-də ittiham olunublar və cinayətlərini etiraf ediblər.

Venesuela tərəfinin məlumatına görə, ABŞ-ın keçmiş hərbi zabitləri olan Denman və Berr, Venesuelaya Kolumbiya ərazisindəki gəmilərlə girməyə cəhd edən zaman bir qrup döyüşçü ilə birlikdə tutulublar.

Onların planının prezident Maduronun oğurlanması, Karakasdakı bir hava limanına nəzarəti ələ keçirməsi və Venesuela liderinin ABŞ-a qaçırılması olub.  /Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!