“Prezidentin cəbhə bölgəsinə səfəri dünyaya verilən mesajdır” -   Partiya sədri

saytların hazırlanması

Evə çatdırılma

“Prezidentin cəbhə bölgəsinə səfəri dünyaya verilən mesajdır” - Partiya sədri

Siyasət

17 Noyabr 2020 14:31 1062


Prezident İlham Əliyev və Birinci vitse-prezident Meriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfər etməsi cəmiyyətdə böyük ruh yüksəkliyinə səbəb olub. Ölkə başçısının üçtərəfli atəşkəs sazişindən dərhal sonra Füzuli və Cəbrayıla baş çəkməsi təkcə mənəvi deyil, həm də siyasi əhəmiyyət kəsb edir. Maraqlıdır, Prezident bu addımı atmaqla hansı mesajları vermək istəyir?

Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, bu, hər şeydən əvvəl Prezidentin cəsarət və iradəsinin də göstəricisidir:

“Siyasi, ictimai və informativ baxımdan da bunun çox böyük əhəmiyyəti var. Bütün dünyaya böyük mesaj verir. İlk mesaj ondan ibarətdir ki, torpaqlarımız artıq geri qaytarılıb və buranın sahibi bizik. İkincisi, Prezident bu addımı ilə erməni xislətini göstərdi, 30 il ərzində onların hansı vəhşiliklər törətdiyi, insanlığa yaraşmayan hərəkətləri göz önünə sərildi. Üçüncüsü, bu yerlərin hamısının yenidən abadlaşdırılacağı və məcburi köçkünlərimiz yuvalarına qayıdıb gözəl həyata sahib olacaqları mesajı ötürüldü. Prezidentin dördüncü mesajı odur ki, bunlar mütləq beynəlxalq ekspertizadan keçiriləcək, vurulmuş zərər hesablanacaq və onun təzminatı tələb olunacaq”. Dominos pizza

Millət vəkili qeyd edib ki, bu səfərin həm də informasiya nöqteyi-nəzərdən üstünlüyü böyükdür:

“Torpaqlarımıza Prezidentin birbaşa özünün baş çəkməsi dünyanın diqqətini cəlb edir, bunu artıq gizlətmək mümkün olmayacaq. Ermənilər Kəlbəcərdən elə köçür ki, elə bil bura onların öz torpaqlarıdır, halbuki yandırdıqları evlər də onların deyil. Bütün dünya görəcək ki, Azərbaycan haqlıdır. Əlbəttə ki, bu eyni zamanda digər dövlət başçılarına, beynəlxalq təşkilatlara, siyasi xadimlərə mesajdır ki, ədalətli mövqe tutsunlar. Cəsarət edib Azərbaycanla danışanda təzyiq dili ilə danışmasınlar. Azərbaycan xalqı Prezidentin arxasında olduğu üçün onların sözünün qiyməti olmayacaq”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!