Prezidentin fərmanı ilə bağlı nazirlikdə təcili toplantı

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin fərmanı ilə bağlı nazirlikdə təcili toplantı

Siyasət

05 Aprel 2019 01:23 4565


Prezidentin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı iıə əlaqədar Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib.

“Yeniu Sabah” xəbər verir ki, iclasda çıxış edən ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, fərman bu sahədə islahatların dərinləşdirilməsini, yeni mərhələdə müasir çağırışlara uyğun və sistemli davam etdirilməsini şərtləndirməklə ədliyyə və məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyənləşdirən mühüm “yol xəritəsi”dir.

Ötən dövrdə aparılan islahatlar çərçivəsində ədliyyə və məhkəmə sisteminin inkişafı üzrə bir çox mühüm tədbirlərin həyata keçirildiyi, o cümlədən qanunvericiliyin təkmilləşdirildiyi, xüsusi dövlət proqramlarının qəbul edildiyi, ədalət mühakiməsinə əlçatanlığın asanlaşdığı, məhkəmə və ədliyyə infrastrukturunun yaxşılaşdığı qeyd olunub, məhkəmə-hüquq sistemində kompleks qanunverici, institusional və praktiki tədbirlərin görülməsini nəzərdə tutan dövlətimizin başçısının proqram xarakterli Fərmanı ilə Ədliyyə Nazirliyinin üzərinə mühüm vəzifələrin qoyulduğu vurğulanıb. Toyuqlu pizza

Nazir deyib ki, bununla əlaqədar kollegiyada dövlət başçısının tapşırıqlarının vaxtında, dürüst və dönmədən icrasının təmin olunması, o cümlədən məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılması, bu sahədə süründürməçilik və sui-istifadə hallarına yol verilməsinin qarşısının qətiyyətlə alınması, “Elektron məhkəmə” və “Elektron icra” informasiya sistemlərinin geniş və səmərəli tətbiqi ilə bağlı konkret işlərin görülməsi müəyyənləşdirilib.

Vurğulanıb ki, Fərmanda məhkəmə fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması, qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi, hakimlərin təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması ilə bağlı ciddi və konkret tədbirlərin müəyyənləşdirilməsi məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə, ədalət mühakiməsinin səmərəliliyinə və əlçatanlığına, vətəndaş məmnunluğuna xidmət edir.

Kollegiyanın qərarına əsasən Fərmanın icrasının təşkili ilə bağlı xüsusi tədbirlər planı təsdiq olunub, aidiyyəti orqanlarla birgə müvafiq qanunvericilik layihələrinin hazırlanması üzrə əlaqələndirmə işçi komissiyası yaradılıb.

İclasda, həmçinin bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!