Prezidentin fərmanı ilə Fuad Muradova yeni səlahiyyət verildi

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin fərmanı ilə Fuad Muradova yeni səlahiyyət verildi

Sosial

25 Dekabr 2019 16:13 1645


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1723-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, fərmanda deyilir: 

1. “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinə verilsin. Sezar pizza

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1723-VQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!