Daha öncə xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, polkovnik Məhərrəmov İdris Mustafa oğluna da “general-mayor” hərbi rütbəsi verilib.
Yenisabah.az general-mayor hərbi rütbəsinə layiq görülən İdris Məhərrəmovun dosyesini təqdim edir:
Məhərrəmov İdris Mustafa oğlu 10 iyun 1975-ci ildə Qubadlı rayon Çaytumas kəndində doğulub. Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Ali Ümumqoşun Komandirlər məktəbinə daxil olub. 1995-ci ildə hərbi məktəbi bitirərək leytenant hərbi rütbəsi alıb. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən "Hərbi xidmətlərə görə" medalı, 2012-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Vətənə xidmətə görə" medalı ilə təltif edilib. Sezar pizza
Yenisabah.az xəbər verir ki, 27 sentyabr 2020-ci il tarixdə başlayan İkinci Qarabağ müharibəsində polkovnik Məhərrəmov İdris işğal altında olan torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri və kəndlərinin işğaldan azad edilməsində xüsusi qərhərmanlıq göstərib.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə polkovnik Məhərrəmov İdris Mustafa oğlu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Nazim Hacıyev
Telegram kanalımız