Prezidentin “hər an müharibəyə hazır olmalıyıq” fikrinə şərh

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin “hər an müharibəyə hazır olmalıyıq” fikrinə şərh

Siyasət

22 Avqust 2025 12:23 844


“Müdafiə imkanlarının yüksəldilməsi və istənilən müharibəyə hazır olmaq dövlət siyasətidir. Müdafiə imkanlarının artırılması, yeni silahların tətbiqi, təlim səviyyəsinin yüksəldilməsi bu siyasətin əsas faktorlarıdır”. 

Bunu “Yeni Sabah”a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Prezident İlham Əliyevin Kəlbəcərdə səsləndirdiyi “Biz hər an müharibəyə hazır olmalıyıq” fikrini şərh edən Zülfüqarovun fikrincə Azərbaycan istənilən təhlükəyə cavab verməyə hazırdır: Dominos pizza

“Bu, konkret müharibə deyil, lakin müxtəlif istiqamətlərdən gələn təhdidlərə qarşı daim hazırlıq deməkdir. Xüsusilə də Türkiyə–Azərbaycan hərbi müttəfiqliyi çərçivəsində müdafiə gücümüz qat-qat artır", – deyə Zülfüqarov qeyd edib.

Politoloq Ermənistanın mövcud vəziyyətinə də diqqət çəkib. Onun sözlərinə görə, İrəvan təhlükəsizliyini təmin etmək üçün iki istiqamətdə fəaliyyət göstərməyə çalışır: hərbi imkanların genişləndirilməsi və siyasi təminatların əldə olunması:

“Paşinyan hesab edir ki, müxtəlif ölkələrdən təminatlar alaraq Ermənistanın təhlükəsizliyini təmin edə bilərlər. Lakin bu yanaşma nəticə verməyəcək. Üstəlik, Ermənistanın öz açıqlamasına görə, 2026-cı ilə qədər ölkənin hərbi qüvvələri ya azalacaq, ya da ümumiyyətlə sıradan çıxacaq. Bu isə o deməkdir ki, Ermənistanın müdafiə potensialı zəifləyir, Azərbaycanın imkanları isə davamlı olaraq artır", – deyə Zülfüqarov vurğulayıb.

Rəvan Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!