Prezidentin Kəlbəcərə təyin etdiyi xüsusi nümayəndə kimdir? - DOSYE 

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin Kəlbəcərə təyin etdiyi xüsusi nümayəndə kimdir? - DOSYE 

Rəsmi

01 İyul 2024 16:42 4613


Xəbər verdildiyi kimi, Prezident İlham Əliyev Kəlbəcərə xüsusi nümayəndənin təyinatı ilə bağlı sərəncam imzalayıb. 

Sərəncama əsasən, Bəşir Qüdrət oğlu Hacıyev Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Yenisabah.az-ın məlumatına görə, B.Hacıyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə həmin universitetin Dilşünaslıq fakültəsinin magistr pillələrini bitirib.  Dördpendirli pizza

2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsindən məzun olub. 

B.Hacıyev 2021-ci ilədək özəl sektorda, əsasən turizm sahəsində fəaliyyət göstərib, uzun müddət Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin üzvü olub. 

2021-ci ildə Ağdam rayonunun işğaldan azad edilmiş hissəsi üzrə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyində fəaliyyətə başlayıb. O bu ilin əvvəlindən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!