Prezidentin köməkçisi onun adından açılmış saxta sosial şəbəkə hesablarını ifşa etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin köməkçisi onun adından açılmış saxta sosial şəbəkə hesablarını ifşa etdi

Siyasət

02 Noyabr 2020 00:29 1386


Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev onun adından açılmış saxta sosial şəbəkə hesabları barədə danışıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev rəsmi “Twitter” hesabında yazıb.

“Hörmətli izləyicilər! Mənim adıma “Twitter”də “@hikmet_hajiyev” və “Telegram”da “Hikmet Hajiyev” kanalı kimi ünvanlar yaradılmışdır. Bundan əvvəl “Instagram” və “Facebook”da belə saxta profillər yaradılmışdı. Mənim yalnız “Twitter”də “@HikmetHajiyev” adlı hesabım vardır”, - deyə H.Hacıyev qeyd edib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!