Prezidentin köməkçisindən “Metsamor”la bağlı   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin köməkçisindən “Metsamor”la bağlı AÇIQLAMA

Siyasət

21 İyul 2020 12:17 597


“Kritik infrastrukturların hədəfə alınması Azərbaycan Respublikasının heç bir zaman siyasəti olmayıb və olmayacaq da. Bu, Ermənistan Respublikasıdır ki, bu kimi məsələləri siyasi məqsədlərlə, sırf dezinformasiya məqsədilə istifadə etməkdədir”.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev Ermənistan tərəfindən bu istiqamətdə verilmiş bir sıra açıqlamaları xatırladıb: pizza

"Ermənistanın bundan əvvəlki prezidenti Ermənistanın arsenalında olan “İskəndər” və “Skadr” raketləri ilə Azərbaycanı - Bakı və onun ətrafında yerləşən neft-qaz infrastrukturlarını birbaşa hədələmişdir. Bundan əlavə Ermənistanın siyasi-hərbi rəhərliyi onların arsenalında olan “İskəndər” və digər raket sistemləri vasitəsilə Azərbaycanın Mingəçevir Su anbarını hədələmiş, həmçinin də Azərbaycan şəhərlərini darmadağın edəcəkləri, Ağdam şəhəri kimi xarabalığa çevirəcəkləri kimi təhdid xarakteri daşıyan açıqlamaları olmuşdur”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan tərəfindən “Metsamor”un vurulması ilə  bağlı verilən açıqlama rəsmi mövqeni ifadə etmir:

“Bu fərdi istiqamətdə olan fikirdir. Ermənistan “Metsamor” məsələsini məqsədyönlü şəkildə  siyasi şouya çevirib”.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!