“Qürur doğuran haldır ki, hər bir Azərbaycan vətəndaşı bu gün həmrəydir.”
Yenisabah.az xəər verir ki, bu sözləri bu gün mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O əlavə edib ki, Qarabağ Azərbaycanın tarixi torpağıdır, bütün torpaqlarımız işğaldan azad edilməlidir. “Beynəlxalq ictimaiyyət də cəmiyyətimizdəki bu yekdil fikri görməlidir. Ən əsası Azərbaycan xalqının iradəsidir”, - deyə o vurğulayıb. pizza
Prezidentin köməkçisi həmçinin qeyd edib ki, iyulun 12-dən etibarən Tovuz istiqamətində Ermənistanın təxribatları davam edir. Hikmət Hacıyevin sözlərinə görə, Ermənistanın cəzalandırılmaması onu yeni təxribatlara sürükləyir.
Telegram kanalımız