Prezidentin köməkçisindən Zülfüqar Hüseynzadə ilə bağlı başsağlığı 

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin köməkçisindən Zülfüqar Hüseynzadə ilə bağlı başsağlığı 

Maraqlı

19 İyun 2023 09:23 758


Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Moderator” saytının rəhbəri, jurnalist Zülfüqar Hüseynzadə vəfat etməsi ilə əlaqədar başsağlığı verib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi özünün Twitter hesabında yazıb. 

 "Allah rəhmət eləsin! Vətənini və dövlətini sevən vətəndaş və jurnalist idi. Azərbaycan jurnalistikası üçün böyük itkidir. Doğulduğu və boya-başa çatdığı, 30 il həsrətində olduğu Kəlbəcəri xüsusi yanğı və məhəbbətlə sevirdi. Son mənzili də Kəlbəcər oldu", - Hikmət Hacıyev bildirib.  pizza

Qeyd edək ki, Kəlbəcərin Başlıbel kəndində gecə keçirən Zülfüqar Hüseynzadənin sabaha yaxın səhhəti qəfil pisləşib. 52 yaşlı jurnalist ürəktutmadan vəfat edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!