Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsini təsis edib. Prezidentin sərəncamı ilə Fuad Vahid oğlu Nəcəfli Azərbaycan Respublikası Prezidentinin Naxçıvanda səlahiyyətli nümayəndəsi təyin edilib.
Yenisabah.az Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi ilə bağlı bəzi məlumatlar əldə edib.
Qeyd edək ki, Fuad Nəcəfli əslən Naxçıvanın Şahbuz rayonunun Kolanı kəndindəndir. O, 1975-ci ildə anadan olub. Fuad Nəcəfli Türkiyədə ali təhsil alıb. O, nüfuzlu Orta Doğu Texnik Universitetinin (ÖDTÜ) məzunudur. Ali təhsilini ingilis dilində alıb. Pepperoni pizza
Fuad Nəcəfli bu təyinatadək Sumqayıt Texnologiyalar Parkında (STP) yaradılan MMC-lərdən birində yüksək vəzifədə çalışıb. O, STP-nin armatur istehsal edən Metaləritmə Zavodunun əsasında yaradılmış “STP-AH” MMC-nin Müşahidə Şurasının üzvü olub.
Xatırladaq ki, 13 dekabr 2022-ci ildə müdafiə nazirinin müavini vəzifəsinə təyin olunan Aqil Səlimov da əvvəllər Sumqayıt Texnologiyalar Parkında çalışıb.
Telegram kanalımız