Prezidentin nəvələri oyundan əvvəl Qurban Qurbanovla görüşdülər

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin nəvələri oyundan əvvəl Qurban Qurbanovla görüşdülər

İdman

07 Mart 2024 16:31 999


Prezident İlham Əliyevin nəvələri Əli və Mikayıl Ağalarovlar bugünkü tarixi matçdan əvvəl "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşüblər. 

Yenisabah.az xəbər verir ki, bu barədə Mikayıl Ağalarov öz instaqram hesabında paylaşım edib. 

O, paylaşımda Qurban Qurbanovun ünvanına xoş sözlər yazıb:  Pepperoni pizza

"Əziz Qurban Qurbanova böyük ehtiramla... Əsl əfsanə. Bu gün kiminlə oynamağımızın fərqi yoxdur. Biz Bakıda, Azərbaycanda oynayırıq. İstəyirik ki, bu şəxs axşam stadionda və ya televizor qarşısında olacaq hər birinizin dəstəyini hiss etsin. O, çox iş görüb və çətin bir yol keçib. Bunun nəticəsi olaraq biz bu gün öz evimizdə Avropa Liqasının 1/8 final mərhələsini keçirə bilirik. Bizim gözəl komandamız, oyunçularımız və heyətimiz var. Bunu bir daha təkrarlayaq! Tək sevgi -QARABAĞ FK!!!” 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!