Prezidentin qohumunu məğlub edən idmançı öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin qohumunu məğlub edən idmançı öldürüldü

Dünya

18 Fevral 2021 16:49 1284


Türkmənistanda 14 yaşlı cüdoçu qətlə yetirilib.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, idmançı Süleyman Tursunbayev yerli turnirlərin birində qalib olduqdan sonra bir qrup şəxs tərəfindən qaçırılıb.

Valideynlərinin verdiyi məlumata görə, cüdoçu həmin şəxslər tərəfindən döyüldükdən sonra huşsuz vəziyyətdə tapılıb və xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Pepperoni pizza

İdmançını Prezidentin öldürtdüyü iddia edilir. Belə ki, o, finalda Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun qohumu ilə qarşılaşıb. Ona rəqibinə uduzmaq təklif olunsa da, cüdoçu bunu etməyib və qalib gəlib.

Yarış bitəndən sonra cüdoçunun müəlliminin də döyülərək öldürüldüyü bildirilir.

Hadisə ilə bağlı cinayət işi başlanmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!