Prezidentin tapşırığı ilə xilasetmə qrupu Türkiyəyə yola düşdü 

Prezidentin tapşırığı ilə xilasetmə qrupu Türkiyəyə yola düşdü 

Digər

06 Fevral 2023 13:27 438


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına köməklik göstərmək üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb. 

Yenisabah.az-ın xəbərinə görə, 370 nəfərdən ibarət şəxsi heyət Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınıb. 

Uçuşdan əvvəl şəxsi heyətə müvafiq təlimatlar verilib. 

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2 323 nəfər yaralanıb. 1 710 bina dağılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!