Prezidentin təyin etdiyi yeni Hərbi Prokuror kimdir?-   DOSYE

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin təyin etdiyi yeni Hərbi Prokuror kimdir?- DOSYE

Sosial

13 May 2025 17:22 2220


Xəbər verdiyimiz kimi, Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini Azərbaycanın Hərbi prokuroru təyin edilib.

Bu barədə Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Azərbaycanın yeni Hərbi prokuroru kimdir? Pepperoni pizza

Bəhruz Əmədov 4 iyul 1984-cü ildə anadan olub. Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib. Əslən Neftçala rayonundandır.

Hüquq-mühafizə və hərbi sahədə uzun illər səmərəli fəaliyyət göstərmişdir. O, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun peşəkar və təcrübəli kadrlarından biri kimi tanınır.

Əmək fəaliyyətinə prokurorluq orqanlarında başlamış Bəhruz Əhmədov bir sıra məsul vəzifələrdə çalışıb, o cümlədən Qazax rayonunun Hərbi prokuroru və Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!