Gürcüstan Prezidenti Salome Zurabişvili koronavirusla əlaqədar olaraq bir neçə ölkəyə rəsmi səfərlərini təxirə salıb.
“Yeni Sabah” Azərtac-a istinadən xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyası məlumat yayıb.
Məlumatda deyilir ki, koronavirusla əlaqədar dünyada yaranmış vəziyyət nəzərə alınaraq Gürcüstan Prezidentinin Bolqarıstana, Ukrayna və Belçikaya rəsmi səfərləri təxirə salınıb. Bu barədə həmin dövlətlərə də xəbərdarlıq edilib. Dominos pizza
Telegram kanalımız